Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

ABDOMİNOPLASTİKA

Abdominoplastika nədir?

Sağlam qidalanma və idman fiquranızı yaxşılaşdıra bilər,lakin möcüzə yaradmaz.Xarici görünüşün  bəzi çatışmayan cəhətlərini yalnız plastik cərrahiyə aradan götürə bilər.Sallanan,tarımlığını itirmiş qarında bunlara aiddir.Belə halda sizin köməyinizə abdominoplastika(Qarın gərmə əməliyyatı) çatar.

                                                           abdomenoplastika            

Qarın elastikliyini bir çox səbəbdən itirə bilər.Əksər hallarda qadınlar abdominoplastika haqqda doğumdan sonra fikirləşirlər.Bəzəndə cox çəki itirdikdən sonra bu qərara gəlirlər.Abdominoplastikaya  müraciət edənlərin əksəriyyəti müəyyən yaşa çatmış və dərisi elastikliyini itirmiş insanlardır.Beləliklə,abdominoplastika-qarın divarındakı artıq  yağ və dərinin çıxarılaraq  və qarın divarındakı  genişlənmiş əzələlərin  forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə  və  həmçinin xəstənin belini incəltməkdədir. Qeyd etmək lazımdır ki,bu pasient üçün  olduqca ciddi bir əməliyyatdır buna görədə əmıliyyatdan sonra reabilitasiya teleb olunur.Bu səbəbdəndə həkimlər çox ciddi bir problem olmadiqca abdominoplastikaya müraciət etməyi məsləhət görmür

abdomenoplastika

Abdominoplastika  əməliyyatında mövcud olan piylənmənin, çapığın  və dərinin  genişlənməsinə uyğun olaraq  klasik abdominoplastika, miniabdominoplastika və Marriage abdominoplastika icra olunur.

 

Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

 

abdomenoplastika

Mini-abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Marriage abdominoplastika mini-abdominoplastikada  olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə  və əlavə olaraq bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.