Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

BLEFAROPLASTİKA

 

Göz qapağının plastikası.

 

blefaroplastikaBlefaroplastika – göz qapağının yuxarı və aşağı nahiyəsində yaranan artıq dəri, əzələ  və piyin çıxarılması və dərinin  bərpa olunması  üçün edilən cərrahi əməliyyatdır.

Əməliyyata ehtiyac duyulduğunun göstəriciləri yaşla bağlı yaranan dəyişikliklərdi.Məsələn, yuxarı qapaqların sallanması, aşağı qapağın həm sallanması,həm də çoxları üçün problem olan şişlərin əmələ gəlməsi.

30 yaşdan sonra yaran bu problemlər qadınları olduqca narahat edir.Xəstə daha cavan və gümrah görsənmək istəyir,bu səbəbdəndə o,plastik cərraha üz tutur.Göz qapağının dərisi olduqca incə və zərifdir,onun tonusunun,elastikliyinin, cüzidə olsa dəyişilməsi gözəçarpan olur.Əməliyyatın nəticəsi daima individualdır,eyni zamanda əməliyyatın effekti xəstəni uzun müddət qanə edə bilər.

blefaroplastika

Göz qapağının plastikasının növləri bunlardır:

Göz qapağının yuxarı nahiyəsinin əməliyyatı;bu əməliyyat nəticəsində göz qapağının yuxarı hissəsində yaranan artiq dəri və sallantı aradan qalxır. Əməliyyat göz dərisində kəsik açılaraq keçirilir.Bu kəsik sayəsində göz qapağının yuxarı nahiyəsi artıq dəridən azad edilir.

 

blefaroplastikaGöz qapağının aşağı nahiyəsinin əməliyyatı; , aşağı qapağın həm sallanması,həm də çoxları üçün problem olan şişlərin aradan götürülməsi.

Dairəvi göz qapağı əməliyyatı(göz qapağının aşağı və yuxarı nahiyəsi)