Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

HİMENOPLASTİKA (QIZLIQ PƏRDƏSİNİN BƏRPASI)

Himenoplastika

Qızlıq pərdəsinin tikilməsi himenoplastika adlanır. Bütövlüyü pozulmuş qızlıq pərdəsinin tam olaraq əvvəlki vəziyyətini bərpa etmək mümkün deyil. Pərdə olduqca incə olduğundan, oraya atılan tikişlər tutmur. Vaginal divardan alınan kiçik hissələr hesabına onu cinsi əlaqə zamanı qanaya biləcək formaya salmaq mümkündür.

himenoplastika-qizliq-perdesinin-berpasiÖlkəmizdə və digər ölkələrdə qızlıq pərdəsi bəkarət simvolu olduğundan, hər hansı bir səbəbdən pozulma baş veribsə himenoplastikaya müraciət edilir. Himenoplastikanın əsas məqsədi əlaqə zamanı vaginada qanamanı təmin etməkdir.

himenoplastika-qizliq-perdesinin-berpasi Nigah öncəsi qızlıq pərdəsi bərpası üçün ən uyğun vaxt, əlaqədən 2-3 gün öncə hesab olunur. Çünki tikilən pərdə yalnız 2-3 gün ərzində orqanizmə adaptə olur və əlaqə zamanı qanayacaq hala gəlir.

himenoplastika-qizliq-perdesinin-berpasiQızlıq pərdəsinin müxtəlif bərpa edilmə üsulları vardır. Müvəqqəti qızlıq pərdəsi “təmir”i əsasən cinsi əlaqə üçün nəzərdə tutulur.  Məqsəd qızlıq pərdəsinin yaxın bir neçə gün üçün daralmasıdır.