Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

LİPOSAKSİYA

Liposaksiya nədir?

 

liposaksiyaLiposaksiya– bədənin müəyyən yerlərində toplanan piylərin sovurma yolu ilə çıxarılmasına deyilir. Liposaksiya əməliyyatının məqsədi bədən konturlarını gözəlləşdirmək və ideallaşdırmaqdır.Əsasən,liposaksiya nahiyəvi piylənməni aradan götürmək üçün tətbiq edilir.

 

liposaksiyaLiposaksiya əməliyyatının bir-neçə növü var:

Vakkum liposaksiyası. Bu ən köhnə üsul sayılır. Bu zaman cərrah əllə işləyir və əməliyyatın nəticəsi onun qabiliyyətindən asılı olur.

Ultrasəslə liposaksiya.Bu zaman piy toxuması ultrasəsin köməyi vasitəsilə parçalandırılır. Bu metodla əməliyyat olduqda daha çox həcmli piy toxuması xaric edilir, amma, toxumalarda termiki zədələnmələr baş verir.

Soft – lipmodel: bu əməliyyat liposaksiyanın ən müasir metodudur. Soft-lipmodel zamanı piy toxuması yüksək tezlikli cərəyanların təsiri ilə xaric edilir.

 

liposaksiyaLakin qeyd etmək lazımdır ki,liposaksiyanın növündən aslı olmayaraq bu əməliyyat zamanı həkimlər ilk dəfədən  2 litrdən çox piy götürmək məsləhət görmür.