Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

GİNEKOMASTİYA

Ginekomastiya

 

drmehribanGinekomastiya – yunan sözüdür, “gyne” qadın, “mastos” süd vəzi kəlimələrinin birləşməsindən əmələ gəlib. Endokrinologiyada ginekomastiya termini altında kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal anlaşılır. Döş vəzlərinin ölçüsü 1 sm-dən 10 sm-ə qədər böyüyə və böyümə ilə yanaşı toxumada bərkimə, toxunma zamanı ağrı əlamətləri yarana bilər.

Kişilərdə ginekomastiya iki cür olur: həqiqi (fizioloji) və yalançı (psevdoginekomastiya). Normal halda kişilərin döş vəzi rudiment orqan olub az miqdarda vəz və piy toxumalarından ibarətdir. Ona görə də ona qadınlarda olduğu kimi süd vəzi deyil, döş vəzi deyilir. Həqiqi ginekomastiya zamanı vəzili toxumalar artdığı halda psevdoginekomastiyada orqanizmin ümumi piylənməsi nəticəsində döş vəzilərində piy toxumasının çoxalması müşahidə edilir.

Səbəbləri

Döş vəzlərinin böyüməsi hipofizin prolaktin hormonunun və estrogenlərin təsiri nəticəsində baş verir.

 

drmehribanƏlamətləri

Ginekomastiyada kişilərin döş vəziləri 150 qrama qədər böyüyə bilir, ümumi hipertrofiya ilə yanaşı areola və vəzin giləsi də böyüyür və kəskin piqmentləşir. Bir sıra hallarda xəstələr vəzdən ifrazat olmasından, paltar geyinərkən yaranan həssaslıq və ağrıdan şikayət edirlər. Proses hormonal şişlər fonunda yarananda döş vəziləri çox sürətlə böyüyür, təzyiq hissi və güclü ağrılar müşahidə olunur.

Müalicə

Çox vaxt ginekomastiyanın fizioloji növləri müalicə tələb etmir və öz-özünə keçib gedir. Yeniyetmələrdə isə əsasən cinsi inkişaf başlayandan 2-3 ay sonra geriyə sorulur.

drmehribanOrqanizmdə estrogenlərin miqdarını azaltmaq və hormonal balansı tənzimləmək üçün testosteron preparatları və ya estrogenlərin döş vəzinə təsirini blokada edən preparatlar təyin olunur. Eyni zamanda xəstəyə təbii sakitləşdirici preparatlar da təyin olunur. Damotu, pişikotu və pion bitkilərinin dəmləmələri, yaxud bitki kompleksi əsasında hazırlanmış Sedativ çay, Nat-Sedativ kapsulu və Nevronat şərbətindən istifadə etmək məsləhətdir.

Döş vəzinin cərrahi yolla çıxarılması əsas xəstəlik müalicə olandan sonra aparılır və ölçüsü 5 sm-dən böyük olan vəzlər çıxarılır.

Yalançı ginekomastiyada isə müalicəyə bədən çəkisini azaltmaqla başlanılır. Qida rejiminə fikir vermək, meyvə-tərəvəzlərə, süd məhsullarına üstünlük vermək tövsiyə olunur.