Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

QOL ESTETİKASI

Qol germe emeliyyati

 

drmehribanQol germe emeliyyati – çiyin və dirsək nahiyəsi arasındakı qol derisinin gerilmesi  əməliyyatıdır. Xanımlarda bu vəziyyət qısa qollu paltar geyildiyində problem yaradır.Qol estetikası bədən gözəlliyi qədər önəmlidir.

Qol dərisinin sallanma səbəbi nədir?

Qollarda yaşın artması və çox çəki itirmə nəticəsində sallanma yaranır.

Əməliyyat necə aparılır?

drmehribanƏməliyyat ümumi anesteziya altında aparılır və orta hesabla 1-2 saat davam edir. Əməliyyat zamanı cərrah dirsəkdən çiyin nahiyəsinə kimi yarıq açır və bu  yolla deri sallanması aradan qaldırılır.

Braxioplastika (Qol germe emeliyyati) zamanı yarıq bir neçə yolla açılır.Plastik cerrah və pasient birlikdə müvafiq variant seçir. Ən çox tətbiq edilən kəsik  formalarından biri– T formalı “Balıq quyruğu” adlandırılan forma əl dərisi həddindən artıq boşalan pasiyentlər üçün uyğundur. Əməliyyatdan sonra çapıq izinin daha az nəzərə çarpması üçün S hərfi formalı yarıq da açıla bilər.  Kəsik əlin daxili səthindən açılır və bir qədər vaxt sonra itir. Əməliyyat izləri çox görünməsin deyə xüsusi kosmetik tikişdən istifadə edilir və əlavə olaraq lazer hamarlanması da tətbiq oluna bilər(bu yolla çapıqlar daha az nəzərə çarpır).

drmehriban

Qol gərmə əməliyyatından sonra 1 ay boyunca korset taxılmalıdır.Korset şişliyin bir qədər qarşısını alır və həmçinin qol dərisinin alt qisminin yapışıb balacalaşmasına səbəb olur. Əməliyyat izi 1 aydan sonra solmağa başlayır və 1 il ərzində tamamilə təmizlənir.