Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

QEYSƏRİYYƏ KƏSİYİ İLƏ DOĞUŞ

QEYSƏRİYYƏ KƏSİYİ İLƏ DOĞUŞ

Gələcək ananın normal doğuşuna əngəl olan amillər meydana gələrsə qeysəriyyə əməliyyatı çıxış yoludur. Bu gün ensteziologiya o qədər inkişaf edib ki, bu tip əməliyyatlar indi o qədər də riskli hesab olunmur. Qeysəriyyə hamiləliyin gedişatına uyğun olaraq müxtəlif həftələrdə aparıla bilər.

qeyseriyye-kesiyi-ile-dogusQeysəriyyə əməliyyatı hansl hallarda aparılır:

  1. Körpənin doğuş kanalına başla irəliləməsi halında
  2. Ciftin rəhim girişini qapadığı halda
  3. Ciftin rəhim divarından erkən ayrılması halında
  4. Ananın çanağı dar olarsa
  5. Körpəylə bağlı anormallıq qeydə alınarsa
  6. Ananın genital infeksiyaları varsa
  7. Körpə təcili doğulmalıdırsa

qeyseriyye-kesiyi-ile-dogusQeysəriyyə körpənin ana qarnından açılan kəsiklə xaricə çıxarıldığı doğuş növüdür. Normal halda bu əməliyyat 30-45 dəqiqə içində tamamlanır. Proses zamanı hər hansı bir problem ortaya çıxıbsa əməliyyat 1 saat qədər də uzanır. Doğuş ümumi və spinal keyləşdirmə ilə həyata keçirilir.

Əməliyyatdan öncə tibb bacısı ananı doğuşa hazırlayır. Bəzi hamilələrdə mədə turşusunun azaldılması üçün antiasit siroplar tətbiq olunur. Bu keyləşdirmədə ağciyərlərə mədə mayesi daxil ola bilər deyə, qabaqlayıcı tədbir kimi həyata keçirilir. Qarın bölgəsi yuyulur və əməliyyat ediləcək hissə tüklərdən təmizlənir.

qeyseriyye-kesiyi-ile-dogusƏməliyyata ilk olaraq qarın divarına kəsik etməklə başlayırlar. Buradan da qarın boşluğuna yol açılır. Qarın divarı əzələləri kənara çəkilir və uşaqlıq divarı kəsilərək körpə oradan götürülür. Körpə çıxarılan kimi göbək bağı kəsilir, daha sonra isə plasenta (cift) kəsilərək çıxarılır. Bədəndə kəsilən nahiyələr orqanizmdə əriyən saplarla tikilir. Əməliyyatdan 3-4  gün sonra ana evə buraxılır.