Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

UŞAQLIĞIN AMPUTASİYASI

Histerektomiya əməliyyatları (rəhmin çıxarılması)

Histerektomiya – rəhmin qadın orqanizmindən əməliyyat yolu ilə çıxarılmasıdır. Menopozdan sonra və ya menopoz yaşlı qadınların problem yaşanarsa adətən yumurtalıqları kənarlaşdırılır. 40 yaşından aşağı hallarda yumurtalıqda gözlə görülən ciddi problem yoxdursa onlardan biri saxlanılır.

usaqligin-amputasiyasiHansı hallarda histerektomiya vacibdir

  1. Rəhim miyomları – miyomlar qadınlarda ən sıx rast əglinən şiş növüdür. Onlar anormal qanama, pelvik ağrılara səbəb olur.
  2. Nizamsız qanaxmalar – bu tip xəstələrdə dərman müalicəsi efektiv olmazsa, əməliyyat şərtdir.
  3. Aybaşı ağrılarının şiddətli olması
  4. Qasıq ağrıları, rəhim sallanması, xərçəngdən öncə əlamətlər
  5. Doğuş zamanı bəzən aşırı qanaxma, bitişməyən rəhim yırtıqlarında vacib sayıla bilər.
  6. Endemetrioz zamanı, rəhim və yumurtalıq xərçəngi, xoşxassəli yumuralıq şişlərində histerektomiya çıxış yoludur.

usaqligin-amputasiyasiStatistikaya görə histerektomiya yaşayanların 35 %-də yumurtalıqlar da çıxarılır. Bəzən isə tək yumurta da çıxarıla bilər. Burada məqsəd irəlidə xəstəni yumurtalıq köklü bir problemdən uzaq tutmaqdır.

usaqligin-amputasiyasiƏgər yumurtalıqlar çıxarılıbsa, qadınlıq harmonu azalır və menopoz dövrü başlayır.  Buna cərrahi menopoz da deyirlər. Çox vaxt kəksin menopoz əlamətləri əməliyyatdan dərhal sonra başlayır. Sadəcə rəhim çıxarılıbsa, xəstə əməliyyatdan sonra aybaşı görməz və bu tip neqativ halları da yaşamır.

Yumurtalıqları çıxarılan xəstələrdə  qadınlıq hormonu azaldığından onun üçün də müalicə tətbiq olunur.