Telefon 050 643 46 46 | 055 643 46 46
EMAİL info@drmehriban.az
İş saatları 09:00 - 17:00
ONLAYN MÜRACİƏT

UŞAQLIĞIN SALLANMALARINDA ƏMƏLİYYATLAR

Vaginal histerektomiya (uşaqlığın sallanması)

Vaginal histerektomiya vaginanın üst tərəfindən açılan kiçik kəsikdən rəhim və rəhim ağzının xaric olunması əməliyyatıdır.  Çox yayılmasa da, bəzən eyni zamanda yumurtalıqların da alınması mümkündür.

usaqligin-sallanmalarinda-emeliyyatlar

Aybaşının kəskin ağrılı keçməsi ya da rəhmin sallanması kimi diaqnozda vaginal histerektomiya əməliyyatı vacibdir. Bu üsulun 3 təməl avantaji var

  1. Qarında iz qalmır
  2. Əməliyyatdan sonra ağrı çox az olur
  3. Xəstə əməliyyatdan sonra tez özünə gəlir

usaqligin-sallanmalarinda-emeliyyatlarBu tip sıxıntıları olan qadınlar problemi gənc yaşlarda hiss etmirlər. Əzələ bağları daha sıx olduğundan, yumşalma hələ bir müddət də özünü göstərmir. Amma 40 yaşdan sonra bağların da boşalması ilə rəhmin sallanması hiss edilir. Amma qeyd edək ki, həyatı riskə atan bir pozulma deyil.  Bu qadınlarda rəhim çölə çıxır, sidik kisəsi də sallanır, bağırsaqda yırtıq belə əmələ gəlir. Bəzi həkimlər hər üç problemi bir əməliyyatda sonlandırır. Beləcə tez-tez sidiyə getmə problemi də aradan qalxır.

usaqligin-sallanmalarinda-emeliyyatlar

Belə bir sual ortaya çıxır ki, əməliyyatdan sonra tikiş qoyulurmu? Bəli, qoyulur. Rəhim toxumasının çıxarıldığı yerə tikiş qoyulur. İki həftə müddətində az miqdarda axıntı da olur. Sonra isə xəstə tamamilə sağalır.