Sterilizasiya
Hər hansı bir cismin və ya maddənin, mikroorqanizmlərdən və hər növ canlılardan tamam təmzilənməsidir.
Hər hansı bir əşyanın sterzilizə səviyyəsini təhlil etsək, o ya sterildir ya da deyildir.
Dezinfeksiya isə bakteriya sporlarının zərər görmədiyi, yalnız patoloji mikroorqanizmlərin cansız mühitdən uzaqlaşdırma metodudur. Dezenfektan isə prosesdə istifadə olunan kimyəvi maddənin adıdır.
Strelizasiyanın növləri: istilik ilə sterilizasiya, filtr ilə sterilizasiya, şüa ilə sterilizasiya, kimyəvi maddələrlə sterilizasiya.
İstilik ilə sterilizasiya – ən çox tətbiq olunan asan, ucuz metod olmaqla tez də nəticə verir. Şüa ilə sterilizasiya – digər üsullardan fərqli olaraq çox az müraciət ediləndir. Ətraf mühitə təsir etdiyindən, ondan məhdud şəkildə istifadə olunur.
Kimyəvi maddələrlə sterilizə prosesində aşağıdakı maddələrdən istifadə olunur: xlor dioksit, ozon, hidrogen peroksid, etilen oksid və s.