Laparoskopik və endoskopik cərrahiyyə

Laporaskopiya  – qarının alt nahiyəsində açılan 3-5 mm dəliklərdən daxil olmaqla aparılan əməliyyatların ümumiləşmiş adıdır. Əvvəlcə göbək dəliyindən salınan iynə ilə qarın boşluğu şişirdilir. Daha sonra göbək dəliyinin içində 1 sm-lik kəsikdən kateter içi boş boru qarının içinə soxulur. Bu kateter laporoskop adlanan kameranı, soyuq işıq qaynağını qarının içinə yerləşdirir. Beləcə həkim xəstənin əməliyyat bölgəsini monitorda izləyə bilir.

Qarının içinə nəzarət edildikdən sonra digər əməliyyat alətlərinin yerləşəcəyi digər 1 sm-lik ikinci və üçüncü kəsiklər də edilir. Bu kəsiklərdən 0,5 sm-lik kateter də yerləşdirilir və əməliyyat başlanır.

Əməliyyatdan qabaq ümumi keyləşdirmə üsulu ilə xəstə yatırdılır. Əməliyyatdan öncə ən azı 6 saat əvvəl qida və maye qəbulunu dayandırmalıdır.

Laporoskopik üsulla bütün ginekoloji əməliyyatlar aparıla bilər.

Endoskopiya nədir- ucunda kamera olan 8-12 mm olan alətin köməyilə üst qastrointestinal sistemdə (yemək borusu, mədə, onikibarmaq bağırsaq) təhlilində aparılan prosesə deyilir. Endoskopiya narahatlığa diaqnoz qoymaqla yanaşı, mədə qanamalarında və poliplərin götürülməsində müalicə məqsədilə istifadə olunur.  Proses zamanı şiş əsaslı törəmə aşkarlanarsa, biopsiya üçün də endoskopiya uyğundur.

Endoskopiya üçün orqnizm buna hazır olmalıdır. Məsələn, mədə yanmasında müalicə üçün təyin olunmuş preparatların qəbulu iki həftə əvvəl dayandırılmalıdır. Əks halda problem aşkarlamaq olduqca çətinləşə bilir. Səkkiz saat öncə yemək və maye qəbulu da dayandırılmalıdır.

  1. Endoskopiya ən çox y  emək borusu ilə bağlı hər hansı bir problem yaşanarsa

Qatı və mayenin udulmasında çətinlik yarananda mütləq müraciət olunur.

  1. Mədə ilə ilə bağlı hər hansı bir problem yaşanarsa – qarının üst hissəsində şişkinlik, ağrı müalicə ilə keçmirsə, eyni zamanda ani kilo alıb – vermə hallarında mütləq müraciət olunur.
  2. Qəhvə rəngli və ya qırmızı qan qusma, ağıza acı suyun gəldiyi hallarda mütləq müraciət olunur.

Endoskopiyadan öncə xəstə hazırlanır və o, keyləşdimə üsulunu özü könüllü şəkildə seçir. Yerli keyləşdimə üsulu seçilərsə, xəstə prosesdən sonar dərhal evə yazıla bilər. Bir neçə saat qida və maye qəbul edə bilməz. Sakitləşdirici dərman seçərsə, prosesdən sonra ən azı yarım saat özünə gəlməlidir.

Tibb bacısı xəstəni sol yanı üstə uzadır. Xəstənin ağzına borunu dişləməsin deyə ortasında dəlik olan ağız qoruyucu taxılır. Proses cəmi 10-15 dəqiqə çəkir. Endoskopiya zamanı mədəni şişirtmək üçün verilən hava sonra geri boşaldılır.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.