Labioplastika
Ən çox rast gəlinən genital estetik problemlərdən biri daxili və xarici dodaqların sallanmalarıdır. Daxili dodaqlar klitorisin üst hissəsindən vagina girişinin altına qədər uzanan qatlanmış forma əmələ gətirir. Bəzi qadınlarda daxili dodaqların xarici dodaqlardan daha böyük olması yəni daşması qəbul edilir.Amma xarici dodaqların sallanması tibbi baxımdan ciddi problem olmasa da, estetik görüntünü pozur. Bəzən isə xarici dodaqlar əvvəldən uzun, böyük və ya assimetrik olur.
Bu vəziyyətdə cinsi əlaqə zamanı dodaqlardakı gərilmələr, ağrılarla nətəcələnir. Labioplastika əvvəllər doğuş etməyən xanlmlarda da aparıla bilər. Hətta bakirə qızlarda belə bu tip əməliyyat qızlıq pərdəsinə zərər vermir.
Labioplastika 30-40 dəqiqə ərzində həyata keçirilən, yerli və ya ümumi keyləşdirmı ilə həyata keçirilir. Bu əməliyyatın cinsi əlaqəyə, orqazma, gələcək hamiləliyə və doğuşa heç bir təsiri yoxdur. Əməliyyatdan sonra sidiyə getməklə bağlı heç bir neqativ hal yaşanmır və ağrı hiss olunmur. Yaranın 1 həftəyə qədər sağalır.
Cərrahi müdaxilədən 3-4 həftə sonra cinsi əlaqə mümkündür və kənardan baxarkən əməliyyat izi hiss edilmir. Labiplastikadan 2 gün sonra duş qəbul etmək olar.