Vaginaplastika
Birdən çox övladı olan qadınlarda travmatik doğuşdan sonra sidik kisəsində sallanma və bağırsaqların vaginanın arxa divarı ilə son hissəsində vaginanın içinə doğru sallanma halları olduqca çox yayılıb. Bu tip sallanmalar hər iki halda cinsi əlaqə zamanı problemlərə yol açır.
Kolporafiya anterior – ön plastika əməliyyatı olub, vaginanın ön divarının bərpası və sidik kisəsinin yuxarı qaldırılması məqsədilə həyata keçirilir.
Kolporafi posterior – arxa plastika əməliyyatı olub, vaginanın içinə sallanmış rektumun (bağırsağın son hissəsi) vaginanın arxa divarını düzəldərək təkrar yerinə qaytarılması məqsədilə həyata keçirilir.
Adətən iki əməliyyat birgə keçirilir və buna “ön-arxa plastika” əməliyyatı deyirlər. Vaginaplastika cərrahiyyəsi təxmini 1 saata yaxın çəkir və xəstə əməliyyatdan bir gün sonra evinə buraxılır.