Uşaqlığın ekstirpasiyası
Uşaqlığın xaric eilməsi ginekologiyada ən çox edilən əməliyyatlar arasındadır. Əməliyyatdan öncə xəstə müəyyən analizləri verməlidir:
- əməliyyata hazırlıq məqsədilə qan, sidik, ağciyər rengteni, kardioqramma
- döl yatağından nümunə
- infeksiyanın qarşısını almaq məqsədilə antibiotik qəbulu və s.tədbirlər görülür.
Eyni zamanda histerektomiya adlanan bu əməliyyat sizə mənəvi və fiziki cəhətdən də təsir edə bilər. Bilin ki, əməliyyatdan sonra hamilə qalmaq şansınız sıfra bərabərdir. Xüsusilə menapauza dövrünü ağlr keçirə bilərsiz.
Adətən uşaqlığın çıxarılmasından sonra “qadınlığınızı itirdiniz” kimi sizə fikirlər mənəvi sıxıntılar yaşada bilər. Bəzi xəstələr isə ağrılara son qoyulduğuna görə əksinə sevinər.
Bəzi qadınlar uşaqlığın eksterpasiyasından sonra cinsi əlaqə zamanı orqazma çata bilməmlərinə görə seksual yaşantılarının dəyişdiyini qeyd edirlər. Bəziləri isə qorunmasız cinsi əlaqəyə görə özlərini daha rahat hiss edirlər. Yəni bütün bu hisslər xətənin ruhi vəziyyətinə uyğun dəyişir.
Qeyd edək ki, əməliyyatın riskləri də mövcuddur. Onlar bunlardır:
- Ağciyərlərdə tromb
- İnfeksiya
- əməliyyat və ya əməliyyatdan sonra qanaxma
- qonşu orqanlarda zədələnmə
Əməliyyatdan sonra xəstə 1-2 gün xəstəxanada həkim müşahidəsində qalmalıdır.