Yırtıq əməliyyatları

Qarın divarındakı yırtıqdan çıxan orqanların dəri altında əmələ gətirdiyi şişkinlik yırtıq adlanır. Dərialtı qalxmalar zaman-zaman meydana gəlir və yoxa çıxır. Ayağa qalxarkən, öskürüb, asqırarkən şişkinlik ortya çıxır və yatılı vəziyyətdə yoxa çıxa bilir. Səbəb isə yırtıqdan çıxan orqanın geri yerinə qayıtmasıdır. Qarın divarında adətən bağırsaqlar dərialtı qalxmalara səbəb olur.

Qarın divarı yırtıqları adətən anadangəlmə olur. Qasıq və göbək yırtıqları buna misal ola bilər. Qasıq yırtıqları adətən kişilərdə rast gəlinir. Göbək yırtıqları göbək çuxurunda yaranan növdür və daha çox qadınlarda rast gəlinir.

Yırtıqlar adi həkim müayinəsi zamanı aşkarlana bilir. Xəstə özü də bu dəyişikliyinin fərqinə varır və əli ilə toxunduqda bunu hiss edir. Məsələn, göbək çuxurunda fındıq böyüklükdə olan yırtıq çox vaxt ağrı verir.

Əməliyyatdan sonra yaranan kəsik yeri yırtıqları isə adətən ayağa qalxarkən yaranın üstünə təzyiq olunduğu üçün ağrı verir və yatılı halda keçir. Bir çox hallarda isə yeməkdən sonra ortaya çıxan bu ağrılar tutma şəklində meydana çıxır və qəbizliyə yol açır. Daha çox idmançılarda, atletlərdə qasıq yırtıqları geniş yayılıb. Bu zaman xəstə ultrasəs aparatı ilə müayinə olunur və probelm aşkarlanır.

Yırtıq əslində yeni doğulan körpədən tutmuş yaşlı insana qədər rast gəlinən haldır və 90 %-i qasıqda yaranır. Yırtıq arıqlamaqla, dərman müalicəsi ilə sağalmır. Yırtığı müalicə etmənin tək yolu əməliyyatdır. Fiziki təzyiqlə yaranan yırtığı isə fiziki məşqlər əvvəlki halına qaytarır.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.