Abdomenoplastika (Qarın gərmə) əməliyyatı

Abdomenoplastika əməliyyatı qarının ön orta və alt hissələrində olan piy artıqlıqlarının və sallanmış dərinin kəsilib götürülməsi və qarın əzələlərinin gərilərək yığılmasından ibarətdir. Bu əməliyyat arıqlama və artıq çəki əməliyyatı deyil. Bel və kürək nahiyəsində olan artıq piyləri götürmür, dəridə olan çatların yalnız göbəkdən aşağıda olan hissələrini kəsib götürmək mümkündür, əməliyyatla yanaşı qarının yan hissələrinin liposaksiyası edilə bilər.

Abdomenoplastika əməliyyatı əvvəlində edilməsi lazım olanlar

Pasiyentlər əməliyyatdan əvvəl mütləq məlumat verməlidirlər.

  1. Ümumi orqanizmin keçirdiyi xəstəliklər, travmalar, əməliyyatlar, psixoloji durumun vəziyyəti.
  2. Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına), qəbul olunan dərman preparatları
  3. Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər.
  4. Zərərli adətlər (siqaret, alkohol və digər).

Siqaret istifadə edən pasiyentlər əməliyyatdan ən azı 20 gün əvvəl və 20 gün sonra ara verməlidirlər. Qan durulducu preparatların qəbulu əməliyyatdan 1 həftə öncədən dayandırılır, əməliyyatdan 1 gün öncə yüngül qidalar qəbul edilir, bağırsaqlar təmizlənir, əməliyyatdan ən azı 6 saat öncə qida və maye qəbulu dayandırılır, əməliyyatdan qabaq həkim tərəfindən müvafiqcisim aparılır.

Abdomenoplastika əməliyyatı necə aparılır?

Əməliyyat ümumi narkoz altında edilir, orta hesabla 2-2,5 saat davam edir. Dəri və piy artıqlığı kəsilib götürülür. Kəsik xətti qarının aşağı hissəsində, alt paltarla gizlədilir. Yeni yerdə göbək formalaşdıınlır. Dəri altında 2-5 gün müddədtində drenaj borular saxlanılır.

Abdomenoplastika əməliyyatı sonrası

Əməliyyatdan sonra bir müddət arxası üstə V şəklində yatılır. Ən azı bir ay müddətində korset geyinilir. Dəriyə adətən sorula bilən tikişlər qoyulur, əməliyyatın səhəri günündən aktivləşmək məsləhətdir, əməliyyatın ilk günlərində şişkinliklər yaranır, bu da 3-5 gündən sonra çəkilməyə başlayır. Tam çəkilmə bir neçə həftədən, bir neçə aya kimi ola bilər, əməliyyatın ikinci həftəsində gündəlik həyat tərzinə qayıdılır, amma 2 ay ərzində fiziki işlər, sauna, solyari, günəş vannası qadağan edilir, siqaret istifadə edən pasientlərdə sağalma prosesi əhəmiyyətli dərəcədə ləngiyə bilər. Duş qəbulu 1 həftədən sonra ola bilər. Əməliyyat çapığı ilk 3-4 ay ərzində qırmızı, qaşıntılı və aydın görünən olur. Zamanla, xüsusən də 6 aydan sonra rəngi açılır, izi azalır. Bu proses iki ilə qədər davam edə bilər, əməliyyatdan sonra göbək ətrafı və ağaşı nahiyələrdə hissiyyat pozğunluğu ola bilər ki, bunlar də tədricən aradan qalxır.

Abdomenoplastika əməliyyatından sonra tam nəticə 3-4 ay ərzində yaranır.

Əməliyyatın riskləri hansılardır?

İstənilən cərrahi əməliyyatda olduğu kimi qarın gərmə əməliyyatı da müxtəlif risklərə müşaiət oluna bilər.

  • Qanaxma – az-az hallarda görünsə də əməliyyat zamanı və ya sonrası ola bilər. Sonra olduqda qan köçürmə və təkrarı revizion əməlyyata ehtiyac yarana bilər.
  • İnfeksiya – çox az hallarda olur. Adətən antibiotik müalicəsi ilə aradan qalxır. Nadir hallarda cərrahi müalicəyə ehtiyac olur.
  • Dəridə olan dəyişikliklər – əməliyyat sahəsində hissiyat pozğunluğu, şişkinliyin olması təbiidir. Bu hal keçicidir və aradan qalxması 6-12 ya qədər davam edə bilər. Diastaza ləğvi üçün qoyulan tikişlər nazik dəri və dərialtı toxumanın olduğu hallarda əllə hiss edilə bilər.
  • Bədəndə olan nahamarlıqlar – bəzən rast gəlinə bilir, əllə və ya gözlə görünə bilər. Müalicəsi müxtəlif fizioterapevtik üsullar, dərmanlarla edilir, nadir hallarda korreksiya edici əməliyyatlara ehtiyac duyulur.
  • Dəridə izlər – ilk 6 ay ərzində qırmızı, qaşınan aydın görünən əməliyyat izi formalaşır. Tədricən azalır. Amma orqanizmin xarakterindən asılı olaraq kobud çapıq, kelloid yarana bilər ki. bu da əlavə müalicələr tələb edə bilər.
  • Asimmetriya – əməliyyatdan sonra dəri gərginliyi, yağ bərkimələri, infiltratlar, ödemlər hesabına asimmetriyalar yarana bilər. Bunlar zamanla azalsa da, bəzən qalıcı olur və təkrari korreksiyaya ehtiyac ola bilər.
  • Əməliyyat yarasında olan problemlər – bəzi hallarda yara boyu dərinin açılması və gec sağalmalar yaranır. Bunlar gec mərhlələdə də ( 1-2 ay və daha sonra) yarana bilər ki, bu da adətən saplara olan reaksiyadan, orqanizmin zəif regenerativ xüsusiyyətlərindən asılı olur. Nadir hallarda göbəkdən aşağı hissələrdə geniş sahəli dəri nekrozlarına rast gəlinir. Bunun yaranması qarın divarının qan damarlarının şaxələnmə variasiyasından asılıdır. Sağalma müddəti kəskin uzanır, əksər hallarda təkrar korreksiyaedici – rekonstruktiv əməliyyatlara ehtiyac yaranır.
  • Emboliya – bütün əməliyyatlarda rast gəlinə biləcək ağırlaşmadır, əvvəlcədən baş verə biləcəyini söyləmək mümkün deyil, ölüm riski daşıyır.
  • Seroma – dəri altında bütün hallarda az miqdarda olsa da maye yığılır ki, buda sərbsət olaraq sorulur. Bəzi hallarda daha cox toplanması və sorulmasının ləngiməsi hesabına artıq yığılır ki, bu da punksiyalarla aradan qalxır.
  • Göbək – yeni açılmış göbəkdə çapıqlaşma, deformasiya olunma, içəriyə qaçma, nekroz kimi dəyişikliklər yarana bilər.
  • Uzun müddət nəticələri – bu əməliyyat bədən çəkisi indeksi normal və ya bir qədər artıq olan pasiyentlərdə ideal nəticə verir. Artıq çəki estetik nəticələrə mənfi təsir edir. Diastazı tam yığmaq mümkün olmadığından belə pasientlərdə qarın önə doğru qabarıq formada qala bilər. Göbəkdən yuxarı hissələri liposaksiya etmək məsləhət görülmür, əməliyyatdan sonra çəki artma və ya azalması, baş verə biləcək somatik xəstəliklər nəticəyə mənfi təsir edə bilər.

Hörmətli pasiyentlərimiz, bir daha xatırladıırıq ki, yuxarıda söylənilənlər sizləri təşvişə salmaq və sizin haqqınızdır. Göstərilənlər olduqca nadir hallarda rast gəlinsə də, bunları sizə söyləmək həkiminizin məslək borcudur.

Sizi maraqlandıran digər suallarınızı mütləq cərrahınızla müzakirə etməniz məsləhətdir. Sizlərə can sağlığı, gözəl və kompleksiz bir vücud arzulayırıq.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.