
Blefaroplastika əməliyyatı haqqında
Blefaroplastika əməliyyatı nədir?
Blefaroplstika əməliyyatı göz ətrafı nahiyədə yaşlanma əlamətlərinin korreksiyası məqsədilə aparılır, gözün bayır bucağında olan qaz ayağı qırışlarını, gözaltındakı tünd həlqəni, düşmüş qaşları qaldırmaqda yararlı deyil. Blefaroplastika hər bir pasiyent üçün individual olaraq seçilir. Sadəcə alt və üst, ya da hər iki bölgəni, o cümlədən qaş, burun, alın və digər cərrahi müdaxilələrlə birlikdə edilə bilər. Bu əməliyyat yaşlanmanı dayandırmır, lakin göz qapağı bölgəsində sallanmış, boşalmış görünüşü azaldır. Blefaroplstikadan öncə qaşların duruşu müəyyən olunur, ehtiyac olarsa qaş və alın bölgəsində aparıla biləcək prosedurlar müzakirə olunur, əməliyyatdan öncə göz qapaqlarının funksiyaları yoxlanılır, asimmetriyalar müəyyən olunur. Üzün forması ilə bağlı əlavə məlumatlar və edilə biləcək əlavə əməliyyatlar barəsində bilgilər verilir.
Blefaroplastika əməliyyatından öncə edilməsi gərəkənlər
Əməliyyatdan bir həftə əvvəl aspirin və ya qan durulducu preparatların qəbulu dayandırılır. Əməliyyat ümumi anesteziya ilə aparılacaqsa, əməliyyatdan 6 saat öncədən qida və maye qəbulu dayandırılır. Pasiyentlər əməliyyatdan öncə məlumat verməlidirlər —
- Keçirilmiş xəstəliklər, əməliyyatlar və ya hansısa bir problemin olmasını.
- Ümumi orqanizmin keçirdiyi xəstəliklər, travmalar, əməliyyatlar, psixoloji durumun vəziyyəti.
- Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına), qəbul olunan dərman preparatları)
- Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər.
- Zərərli adətlər (siqaret, alkohol və digər).
Blefaroplastika əməliyyatının riskləri
Hər bir cərrahi müdaxilədə müəyyən risklərin olması mümkündür. Pasiyentlərin çoxu aşağıda bəhs ediləcək fəsadları yaşamasalar da bunların hər birinin cərrahla müzakirə olunması, risklərin və blefaroplastika əməliyyatının nəticələrinin tam olaraq aydınlaşdırılması vacibdir.
- Qanaxma – çox az hallarda rast gəlinsə də, istər əməliyyat, istərsə də əməliyyatdan sonra rast gəlinə bilər. Əməliyyatdan sonra yaranarsa təcili müdaxilə tələb oluna bilər. Qanaxma riskini azaltmaq üçün əməliyyatdan 10 gün əvvəl aspirin və ya digər qan durulducu dərmanların istifadəsi dayandırılmalıdır. Arterial təzyiq kontrolda saxlanılmalıdır. Göz qapaqları altına olan qanaxma sağalmanı ləngidə və kobud çapığa səbəb ola bilər.
- İnfeksiya – bu əməliyyatdan sonra ümümiyyətlə infeksiya gözlənilmir. Ola biləcək hallarda antibiotik və ya cərrahi müdaxilə ola bilər.
- Korluq – olduqca nadir hallarda rast gəlinir. Səbəbi göz arxası sahəyə qanaxma ilə əlaqədardır. Bunun olub-olmayacağı əvvəlcədən müəyyən oluna bilmir.
- Kobud çapıq – cərrahi əməliyyatdan sonra hər nə qədər gözəl bir yara sağalması gözlənilsə də, göz qapaqlarında və daha dərin toxumalarda anormal çapıq yarana bilər. Bu çapıqlar nadir hallarda göz ətrafı toxumaların deformasiyasına gətirib çıxartması da mümkündür. Belə hallarda korreksiya edici əməliyyatlara ehtiyac ola bilər.
- Ektropion (göz qapaqlarının dartılması) – adətən aşağı blefaroplastikalardan sonra yaranır. Səbəb göz qapağı struktarlarının kövşəməsi, struktur zəifliyidir. Yüngül hallarda zamanla aradan qalxma ehtimalı olsa da, əksər hallarda rekonstruktiv əməliyyatlara ehtiyac duyulur.
- Asimmetriya – əməliyyatdan sonra yaranan asimetriyalar adətən əməliyyat öncəsi olan asimmetriyalarla bağlı olur. Bəzi hallarda isə dəridə və daha dərin qatlarda yaranan çapıqlar hesabına da ola bilər.
- Konyuktivanın iltihabı – konyuktiva üzərində nazik şəffaf qat kimi yarana bilir, az hallarda müşahidə olunur. Zamanla çəkilir.
- Əməliyyatın xarakteri – əməliyyat yerli və ümumi keyləşdirmə ilə oluna bilər. Burada pasiyentin ümumi vəziyyəti və psixoloji durumu əhəmiyyətlidir, əməliyyatdan sonra 7-10 gün ərzində (bəzən daha da çox ola bilər) şişkinliklər və qızartılar olur və zamanla çəkilir. Son nəticə 1,5-2 ay erzində yaranır. Tikişlər 5-7 gün ərzində çıxarılır. əməliyyatdan sonra 15 gün ərzində qışqırmaq, başı aşağı yatmaq, fiziki işlər görmək məsləhət görülmür. Bu dövrdə xüsüsi göz damcılan və kremlərdən istifadə olunur.
Hörmətli pasiyentlərimiz, bir daha xatırladıırıq ki, yuxarıda söylənilənlər sizləri təşvişə salmaq və ya qorxutmaq üçün deyil, sadacə keçirdiyiniz əməliyyatın tam xarakterini bilmək üçündür və bu sizin haqqınızdır. Göstərilənlər olduqca nadir hallarda rast gəlinsə də, bunları sizə söyləmək həkiminizin məslək borcudur. Sizi maraqlandıran digər suallarınızı mütləq cərrahınızla müzakirə etməniz məsləhətdir. Sizlərə can sağlığı, gözəl və kompleksiz bir vücud arzulayırıq.
