Süd vəzi kiçiltmə əməliyyatı ilə tanışlıq
Bu əməliyyat böyük və sallaq süd vəzlərinin qadın orqanizmində yaratdığı istər tibbi (boyunda, çiyində, kürəkdə olan ağrılar, dəridə olan maserasiyalar, qızartılar, qaşınmalar və s.), istərsə də kosmetik və psixoloji problemlərin həll edilməsi üçün icra olunur. Əməliyyat 20 yaşdan etibarən icra olunması məsləhət görülür.
Pasiyentlər əməliyyatdan öncə müalicə həkiminə aşağıdakı hallar barəsində məlumat verməlidirlər:
- Süd vəzi ilə bağlı keşirilmiş xəstəliklər, əməliyyatlar və ya hansısa bir problemin olmasını.
- Ümumi orqanizmin keçirdiyi xəstəliklər, travmalar, əməliyyatlar, psixoloji durumun vəziyyəti.
- Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına),qəbul olunan dərmanlar)
- Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər, süd vəzi xəstəlikləri barədə məlumatlar (əgər varsa)
- Zərərli adətlər (siqaret, alkohol və digər). Düzgün verilməyən və ya gizlədilən informasiyanın məsuliyyəti pasiyentin üzərinə düşür.
Əməliyyatdan öncə pasiyentlər acqarına ümüıni müayinələrdən keçirilir. Bunlara aiddir – qanın, sidiyin ümumi analizi, qanın biokimyəvi müayinəsi (şəkər, kreatinin, ALT.AST, ümumi zülal), koaquloqramma, laxtalanma zamanı, qanda HbsAG, HCV, H1V, RW, EKG, döş qəfəsinin rentgen müayinəsi, süd vəzlərinin, qarın boşluğunun USM-i, ehtiyac olduğu təqdirdə və 40 yaşdan yuxarı mamoqrafıya və mammoloqun konsultasiyası, anestezioluqun baxışı, ehtiyac olduğu təqdirdə digər mütəxəsislərin konsultasiyaları.
Əməliyyatdan 1 gün əvvəl axşam pasiyentin qida qəbulundan imtina etməsi məsləhətdir (maye qəbul etmək olar) və duş qəbul edir. Əməliyyat günü tam acqarına olmalıdır.
Əməliyyatdan öncə cərrah pasiyentin ayaq üstü vəziyyətində süd vəzləri üzərində xüsusi cizimlər edir. Bu cizimlər olduqca vacibdir, əməliyyatın xarakterindən asılı olaraq müxtəlif formalarda ola bilərlər.
Əməliyyat ümumi anesteziya altında aparılır və orta hesabla 1.5-3 saat davam edir. Narkoz əsnasında bütün həyatı göstəricilər xüsusi elektron cihazlar vasitəsilə kontrol edilir. Çox az hallarda narkoz zamanı dərman reaksiyası və allergiyanın olması mümkündür. Əməliyyat müxtəlif üsullarla edilir və süd vəzləri üzərində çəkilmiş cizimlər üzrə həyata keçirilir. Süd vəzləri nə qədər böyük və sallaqdırsa, əməliyyat kəsikləri bir o qədər də uzun ola bilər (sirkulyar areola ətrafı, vertikal, tərs T şəkilli). Daha böyük və qoltuqaltı nahiyədə piy qatının artıq olması yanaşı olaraq liposaksiya əməliyyatını tələb edə bilər. Əməliyyat zamanı süd vəzlərinə kiçik diametrli silikon drenajlar (borular) qoyulur ki, (əməliyyatdan sonrakı yığıntıların xaric olması və qanaxma kontrolu üçündür) bunlar da əməliyyatdan 2-4 gün sonra xaric olunur. Tikişlər adətən sorulan saplarla qoyulur, əməliyyat sonrası xüsusi kompression korset geyinilir (3-4 həftə ərzində). Əməliyyatdan sonra xəstəxanada yatış müddəti adətən 1-2 gün olur. 6-8 saatdan sonra hərəkət etməyə və maye qəbuluna icazə verilir. İlk iki həftə ərzində qollarla kobud hərəkət, 1 ay müddətində isə fiziki işlər qadağan edilir. Üz üstə yatmaq ədətən 2 aydan sonra məsləhətdir. Sarğılar orta hesabla 10-14 gün davam edir (əgər yaralarda problem olmursa). İlk vaxtlar kəsik izləri çəhrayı-qırmızı rəngdə olur, zamanla açılaraq ağarır (əgər yara sağalmalarında problem yaşanmırsa), əməliyyatdan sonra 7-10 gün ərzində süd vəzlərində şişkinlik yaranır, sonra tədricən azalır. Bu proseslər hər iki süd vəzində eyni olmaya bilər və bu zaman assimmetriya müşahidə oluna bilər. Bu assimmetriya zamanla azalır. Son nəticə 2,5-3 ay ərzində formalaşır. Əməliyyat zamanı areolalar yumru formada edilir, lakin zamanla areola altı və ətrafı çapıqlar areolalarm formasını bir qədər dəyişə bilər. Bu əməliyyat zamanı gilələrə toxunulmur, buna baxmayaraq gilə formasının dəyişimi ola bilər. İlk zamanlar dik və yumru görünən süd vəzləri zamanla bir qədər sallanmaya məruz qalır.
ƏMƏLİYYAT RİSKLƏRİ VƏ BAS VERƏ BİLƏCƏK FƏSADLAR
İstənilən cərrahi əməliyyatda olduğu kimi bu əməliyyatda da müxtəlif fəsadlar yarana bilər. Bu fəsadlar pasienti təşvişə salmaq üçün yox, əksinə baş verə biləcək təqdirdə öncədən pasienti məlumatlandırmaq üçündür. Aşağıda sadalananlar cox az hallarda olmasına baxmayaraq, tanışlıq üçün mütləqdir.
- Qanaxma – nadir hallarda rast gəlinir. Yüngül hallarda konservativ dayansa da, bəzən əməliyyata ehtiyac duyulur.
- Gilədə olan hissiyyatın azalması – (giləni inervasiya edən sinirin yerləşmə variasiyasından asılıdır), cox az hallarda qeyd olunur. Adətən bir necə aya bərpa (bəzən bir ilə qədər) olunur. Çox nadir hallarda bərpa olunmamağı da mümkündür.
- İnfeksiya – bu əməliyyatlardan sonra infeksion ağırlaşmalar çox az hallarda rast gəlinir. Yaranan zaman antibiotiklər, yaraların sanasiya aparılır. Bəzi hallarda sonradan yaranan çapıqlar və deformasiyalar münasibətilə təkrar korreksiyaedici əməliyyatlar aparıla bilər.
- Gilə və areolanm nekrozu – bu fəsadın rast gəlmə tezliyi olduqca aşağıdır. İstər areoların hissəvi, istərsə də gilə ilə birlikdə tam nekrozu müşahidə olunur. Səbəb qidalanma pozğunluğudur ki, bu da müxtəlif səbəblərdən yarana bilər. Müalicəsi ilk növbədə konservativdir. Yara sağaldıqdan müəyyən zaman sonra təkrarı rekonstruksion əməliyyatlara ehtiyac yarana bilər.
- Çapıqlar – bütün cərrahi kəsiklərin yerində çapıqlar yaranır. Bu çapıqların hansı formada olması öncədən deyilə bilməz. Anormal çapıqlar, kelloid orqanizmin xüsusiyyətindən asılıdır. İnfeksion ağırlaşmalarda, yara kənarlarının aralanması zamanı daha qabarıq ola bilər. Konservativ və ya gələcəkdə korreksiyaedici əməliyyatlarla düzəldilə bilinir.
- Tikişlərdə aralanma və ya tutmamazlıq – bunun ən çox rast gəlinən yeri tərs T kəsiyinin üçbucağıdır. Amma digər kəsik xətləri boyu da yarana bilər, əsas səbəb yara kənanın qidalanma pozğunluğu, saplara qarşı orqanizmin reaksiyasıdır. Siqaret və digər zərərli adətləri olan pasiyentlərdə ağırlaşmalar daha tez-tez rast gəlinir. Müalicəsi konservativdir. Korreksiyaedici əməliyyatlara ehtiyac duyula bilər.
- Sinədə bərkimə (infiltrat) – ilk zamanlar müşahidə olunur ki, bu da sərbəst çəkilir. Sonralar yağ nekrozu və ya çapıq
- Asimmetriya – əməliyyatdan dərhal sonra süd vəzlərinə mümkün qədər tam simmetriya verilir, bu da çəkilmiş fotolarda təsbit olunur, əməliyyatdan sonra şişkinliklərin yaranması və zamanla şişkin liklərin çəkilməsi hər iki süd vəzidə eyni getməyə bilər. Bu səbəbdən ilkin dövrlərdə assimetriya görünməsi mümkündür. Lakin 3 ayın sonuna tam minimuma enir. Buna baxmayaraq bir qədər asimmetriyanın olması mümkündür. Bəzi hallarda korreksiyaedici əməliyyatlara ehtiyac ola bilər.
- Seromalar – əməliyyatdan bir rmüddət sonra müxtəlif həcmdə rastlana bilər. Sanasiya olunur.
- Allergiya – bəzi pasiyentlərdə sarğı və tikiş materiallarına allergiya müşahidə oluna bilər ki, bunu da pasientin öncədən bildirmədiyi hallarda söyləmək mümkün deyil.
- Anesteziya – istər yerli, istərsə də ümumi anesteziyann mümükün riskləri mövcuddur.
- Onkoloji risklər – sinə kiçiltmə əməliyyatları bilavasitə onkoliji xəstəliklərə səbəb olmur, əməliyyatdan sonra çıxarılmış toxumalar histoloji müayinədən keçirilir. 61% pasiyentlərdə histoloji müayinə zamanı digər patalogiyalar rastlanır. Süd vəzi toxuması kəsilib götürüldüyünə görə əksinə onkoloji riskləri azaltdığını söyləmək olar. Əgər kiçiltmə aparılmış süd vəzidə gələcəkdə onkoloji xəstəliklər yaranarsa, bu əməliyyatla bağlı olmayıb, əməliyyat ohmmayacağı halda da yaranacağını deyə bilərik.
- Süd vəzlərinin əməliyyatdan sonrakı son ölçü və formasını öncədən dəqiqliklə söyləmək mümkün deyil. Ümumi halda söylənilsə də, müəyyən qədər pasiyentin təxmin edəcəyi forma və ölçüdən fərqlənə bilər. (belə hallara praktikamızda çox nadir hallarda rastlaşırıq).
Kiçildilmiş sinələr çəki artığında, müəyyən hormonal pozğunluqlar yarandığında təkrar böyüyə bilər. Bəzi hallarda isə əməliyyatla bağlı olmayan ümümi ağırlaşmalar da rast gəlinə bilər (ağciyər, ürək-qan damaq, nevroloji və s). Risk və fəsadlar az hallarda rast gəlinsə də, pasiyentin məlumatının olmağı mütləqdir. Yaxşı nəticələr gözləndiyinə baxmayaraq yuxarıda sadalanan fəsadları nəzər almaqla əldə edilən nəticələr üçün öncədən tam zəmanət verilə bilməz. Korreksiyaedici əməliyyatların və sonradan apanlan müalicələrin tibbi məlzəmələrinin məsrəfləri pasiyent tərəfindən ödənilir. Əməliyyatla əlaqədar olmayan fəsadalarm, yanaşı xəstəliklərin müalicəsinin, eləcə də digər tibb müəsisələrində aparılan müalicələrin məsrəfləri pasiyent tərəfindən ödənilir.
Hörmətli pasientlərimiz, bir daha xatırladıırıq ki, yuxarıda söylənilənlər nadir hallarda rast gəlinir və bunların həkiminiz tərəfindən sizə bildirilməsi sizləri təşvişə salmaq və ya qorxutmaq üçün deyil, sadacə keçirdiyiniz əməliyyatın tam xarakterini bilmək üçündür və bu sizin haqqınızdır. Sizi maraqlandıran digər suallarınızı mütləq cərrahınızla müzakirə etməniz məsləhətdir. Sizlərə can sağlığı, gözəl və kompleksiz bir vücud arzulayırıq.