Sistosele və rektosele əməliyyatları

Sidik kisəsinin vaginanın ön divarından vaginaya doğru çanaqşəkilli çökməsidir. Səbəbi isə vaginaətrafı toxumanın və ya uşaqlıqağzı toxumanın defektidir. Xəstədə narahatlıqla müşahidə olunan yanma hissi meydana gəlir. Əgər eyni anda sidik kisəsi sallanması da varsa, sidik qaçırma da ola bilər. Xəstələrdə adətən iki problem bir-birini izləyir. Birincisi, tez-tez sidik qaçırma, ikincisi isə sidik aktının tam boşalmama hissidir.

Bu xəstəlik adətən ağır işi olan şəxslərdə, vaginal doğuş edən qadınlarda və yaşlılarda müşahidə olunur. Ağır çəkili insanlarda da risk faktoru vardır. Bütün sadaladığımız problemlərin üzərinə menapauzadan qaynaqlanan toxuma zəifləməsi də əlavə olunarsa, simptomlar özünü daha çox biruzə verir.

Sistosele cərrahi yolla müdaxiləyə anterior kopqrafiya adlanır. Sistosele adlandırdığımız yırtığın üzərində orta xəttə vaginanın ön divar mukozası kəsilir, toxuma bağları və sidik kisəsi yerinə qoyulur və travma nəticəsində yaranmış dəlik qapanır. Əməliyyatdan sonra xəstəxənada 1 gün müalicə davam etdirilir və cinsi əlaqəyə 4-6 həftə pauza verilir.

Rektosele

Rektosele yoğun bağırsağın son hissəsinin vaginanın içinə doğru irəliləməsidir. Bağırsaq divarı nazilib vagina tərəfədə yırtıq əmələ gətirir və bağırsaq hərəkətləri nəticəsində aşağıya sallanır. Rektoselə ən çox qadınlarda, qismən isə kişilərdə rast gəlinir.

Rektosele ən çox bağırsaq divarı ilə vaginanən arxa divarı arasında rektovaginal sahədə  meydana gəlir. Adətən doğuşdan sonra bu nahiyədə xüsusi zəifləmə müşahidə olunur. Zəifləmə isə doğuş zamanı yaralanma, körpənin başının çətin çıxması ilə əlaqədar epizyotomiyanın (kəsik) edilməsi ilə bağlı olur. Qəbizlik və uşaqlığın götürülməsi də rektosele yaradan faktorlardandır.

 

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.