Miyomektomiya (miyomun çıxarılması)

Rəhimin bütünlüyünə dəymədən sadıcı miyomların əməliyyatla xaric edilməsi miyomektamiya adlanır. Miyoma uşaqlığın xoş xassəli şişləridir. Əgər qadın tez-tez aborta gedirsə, spiraldan istifadə edirsə və artıq çəkidə miyomlar daha tez inkişaf edir. Bir də əsas məsələ qidalanma ilə əlaqədardır, çünki yağlı və züllalı qidaları çox yeyənlərdə miyomlar daha çox rast gəlinir.

Miyoma genetik özəlliyi olan xəstəlikdir. Miyomu olan qadının rəhmi yerindədirsə, onun yenidən əmələ gəlmə riski vardır.

Xəstənin yaşından asılı olaraq, miyoma əməliyyatı keçirmiş qadınların 55 %-i hamilə qala bilir.

Miyomektomiya əməliyyatlarında rəhim divarına bir və ya bir neçə kəsik edilir, miyom çıxarılır və boşluğu tikişlərlə qapadırlar. Bu tip əməliyyatlardan sonra rəhimin yırtılması riski daha yüksəkdir.

Ona görə də bir çox qadınlarda bu əməliyyatdan sonra doğuşu qeysəriyyə yolu ilə məqbul hesab edirlər.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.