
Tubektomiyalar
Tubektomiya – uşaqlıq borularının cərrahi müdaxilə ilə çıxarılmasıdır. Bu çox sadə əməliyyat hesab olunur.
Hansı hallarda tubektomiya zəruridir:
-Borudaxili hamiləlik yaşanırsa
-Uşaqlıq borusu daxilində uzun müddətli iltihabi proseslər onu zədələyibsə
-Borudakı kista partlayıbsa
Əməliyyatın əsas məqsədi zədələnmiş hissəni aradan götürməkdir. Əməliyyat əsasən laporotomik üsulla (qarın divarının kəsilməsi) və ya endoskopik alətlərin köməyilə, laporoskopik üsulla həyata keçirilir.
Bu əməliyyatı keçirmiş qadınların 45-50 %-ində əməliyyatdan sonrakı dövrdə müxtəlif sağlıq problemləri başlayır. Belə ki, qeyri-sabit qan təzyiqi, baş ağrıları, baş gicəllənmələri, sinədə və üzdə yanma hissi, psixi həssaslıq və s.qadınları çox narahat edir. Eyni zamanda çəkinin artması və süd vəzilərinin kobud şəkil alması da dəyişikliklər sırasına daxildir.
