
Orqanik ip estetik üsulu. Üz gərdirmə
Hörmətli pasientimiz, tibbi durumunuz və xəstəliyinizin müalicəsi üçün mini invaziv müalicə və diaqnozunuza uyğun bütün prosedurlar haqqında məlumat sahibi olmaq tam haqqınızdır. Tibbi müalicə və mini invaziv üsulların xeyrlərini və ola biləcək risklərini öyrəndikdən sonra icra ediləcək prosedura razılıq vermək və ya verməmək yenə də sizin tam qərarınıza bağlıdır. Burada qeyd olunanlarda məqsəd sizi qorxutmaq və ya narahat etmək deyil, sağlamlığınız ilə bağlı məsələlərdə veriləcək qərarlarla sizi daha da məlumatlı bir şəkildə ortaq etməkdir. Bu protokol sizi planlaşdırılan müalicənin riskləri və alternativ müalicə üsulları haqda məlumatlandırılmaq üçün hazırlanmışdır.
İlkin məlumat – bu əməliyyatlar Üz və boyunda yaşla əlaqədar meydana çıxan bir sıra dəyişiklikləri düzəltmək üçün icra olunur. Yaş artdıqca üzün dəri və əzələlərində yumşalma, elastikliyin itməsi və sallanması baş verir. Bu əməliyyatlar yaşlanmanın qarşısını almır, lakin dərinin, dəri altında yerləşən dərin toxumaların toparlanması və gərilməsi hesabına üzə daha gənc bir görünüş verir. Üz və boyun gərmə əməliyyatı üçün ən uyğun pasiyentlər üzündə və boynunda gövşəmənin başlandığı, amma dəri elastikliyinin və sümük toxumalarının hələ ki tam itirilmədiyi pasientlərdir. Bu əməliyyatlar hər bir pasiyent üçün individual olaraq seçilir. Qaş qaldırma əməliyyatı eyni zamanda göz qapağının da qaldırılması demək deyil. Pasiyent orqanizmində olan və ya keçirmiş olduğu xəstəliklər, hal-hazırda qəbul etdiyi preparatlar və allergiyanın olub-olmaması haqda mütləq həkiminə məlumat verməlidir.
- ƏMƏLİYYAT — üz gərmə, qaş qaldırma, badam göz effekti, burun qaldırma, boyun gərmə.
- ANESTEZİYA — lokal, ümumi sedasiya.
- ƏMƏLİYYATIN RİSKLƏRİ – istənilən tibbi müdaxilə az da olsa müəyyən risklərlə bağlıdır. Orqanik ip müdaxilələrində risklərin qeyd edilməsi önəmlidir. Pasientlərimiz aşağıda qeyd olunan riskləri hər nə qədər də olsa yaşamasalar da,bunlan bilmək pasientin haqqıdır.
- Qanaxma – nadir hallarda olsa da, istər əməliyyat zamanı, istərsə də əməliyyatdan sonra ola bilər. Dəri altına yığılan qan sağalma müddətini uzada bilər.
- İnfeksiya – bu prosedurlarda infeksiya riski gözlənilmir. Çox az hallarda gözlənsə də, antibiotik qəbulu ilə aradan qalxır.
- Kobud iz (capıq) – kəsik olmadığından bu əməliyyatlarda çapıq müşahidə olunmur. Ancaq orqanizmdən asılı olaraq bəzi hallarda yaranması mümkündür və alternativ müalicə tələb edə bilər.
- Daha dərin qatlarda olan zadələnmələr – prosedur zamanı daha dərin qatlarda yerləşən damar, sinir toxumaları zədələnə bilər. Çox nadir hallarda rast gəlinir, keçici və ya qalıcı olaraq, alternativ müalicə tələb edə bilər.
- Assimmetriya – normal insan üzü assimmetrikdir. İp asqılarından sonra iki tərəf arasında assimmetriya ola bilər. Təkrar asqılara ehtiyac yarana bilər.
- Anesteziya – həm lokal, həm də ümumi anesteziya oluna bilər. Hər bir anesteziyanın fəsadlarının olması mümkündür.
- Sinir zədələnmələri – üzdəki hərəkətlərdə və hissiyyatda, keçici vəya qalıcı ola bilər. Çox nadir hallarda qalıcı ağrı ilə müşaiət olunur.
- Xroniki ağrı – olduqca nadir hallarda rast gəlinir.
- Dəri nahamarlıqları – ip ilə üz gərmədə rast gəlinə bilər, sərbəst halda bir neçə həftə ərzində çəkilir, yerli olaraq da əməliyyatdan sonra qısa müddət ərzində düzəldilə bilər, amma bu zaman effektin qalma müddəti azalmış olur.
- Təxmin edib bilinməyən nəticələr – bəzi hallarda alınan nəticələr pasiyentləri qane etməyə bilər. Belə hal adətən orqanizmin reaksiyasından və ipə adaptasiyadan asılı olur. Təkrar asqılara ehtiyac yarana bilər.
- Allergik reaksiyalar – çox nadir hallarda plastrlara, sarğı materiallarına, lokal anestetiklərə qarşı müşahidə oluna bilər, əlavə müalicəyə ehtiyac duyula bilər.
- Saç itkisi – iynələrin yerində nadir hallarda rast gəlinə bilər, öncədən təxmin oluna bilinməz.
- Sağalmanın ləngiməsi – üz nahiyəsində bəzi nahiyələr normallaşması gecikə bilər.
- Uzun müddətdən sonrakı nəticələr – yaşlanma, çəki artımı və ya azalması, yaxın nahiyələrdə olan xəstəliklər zərərli adətlər dəyişikliklər yarada bilər. İp asqıları yaşlanmanı dayandırmır, nəticələr ömürlük deyil. Bunun üçün gələcəkdə davamlı olaraq yeni müalicələr və asqılara ehtiyac ola bilər.
- Siqareti spirtli içkilər və digər zərərli adətləri olan pasiyentlərdə effektin davamlılığı azalır və fəsadların olma ehtimalı artır.
