Yağ inyeksiyası haqqında. Lipofillinq nədir?

Lipofillinq nədir?

Bədənin müxtəlif yerlərində həcm artırmaq və dolğunluq yaratmaq üçün yağ inyeksiyalarından istifadə olunur. Pasiyentin özündən alınan piylər xüsusi hazırlıqdan keçdikdən tonra xüsusi iynələr vasitəsilə lazım olan yerlərə inyeksiya edilir. Yağ inyeksiyası ilə böyümənin nə qədər olacağını dəqiq demək mümkün deyil, əgər pasiyent çox böyük bir həcm istəyirsə, implantların istifadəsi məsləhətdir. Vurulan yağın bir hissəsi (30-70%) sorula bildiyindən təkrar inyeksiyalar ola bilər, əməliyyatdan 10 gün öncə qandurulducu preparatların qəbulu dayandırılır. Yağ inyeksiyasından sonra həmin nahiyələrə buz qoymaq məsləhətdir, əməliyyatdan sonra inyeksiya yerlərində şişkinlik. qızartılar olur (dodaq nahiyəsində bu daha uzun olur), zamanla çəkilir. İstidən çəkinmək məsləhətdir. Orta hesabla 5-7 gün antibiotik alınır.

Lipofillinq zamanı risklər və arzuolunmaz hallar

  • Əməliyyat zamanı və sonrası ola bilər. Qan köçürmə ehtiyacı yarana bilər.
  • İnfeksiya. Əməliyyat sahəsində qızartılar, şişkinliklər yaranır. Bu hallar zamanla azalır. Amma bəzən azalmayaraq irinləyə bilər. Belə hallarda kiçik kəsiklə irinliyin boşaldılması lazım gələ bilər ki, bu da həmin nahiyədə effektin azalması və gələcəkdə korreksiyaedici əməliyyatların olmasını tələb edə bilər.
  • Asimmetriya və kontur fərqliliyi. Əməliyyat zamanı vurulan piylərin sorulması, ödemlərin, şişkiniiklərin çəkilməsi bütün nahiyələrdə eyni getməyə bildiyindən, bəzən asimmetriya və kontur fərqlilyi yarana bilər. Belə hallar zamanla düzələ bilər. Bərpanı sürətləndirmək üçün fizioterapiya, massaj təyin olunur. Amma bəzi hallarda təkrar piy vurulması ehtiyacı yaranır.
  • Göyərmələr. Əməliyyatdan sonra olur və adətən 2-6 həftə ərzində çəkilir.
  • Vurulan piylərin əriməsi. Vurulan piylərin orta hesabla 30-70%-ə qədəri sorula bilər. Bəzi hallarda isə 5-6 ay içində tamam əriməsi də mümkündür. Vurulan yerlərdə də ərimə eyni getmədiyindən nahamarlıq yarana bilər. Bu nahamarlılıqlar bəzən fizioterapiya, massaj və digər üsullarla aradan qaldırılması mümkün olsa da, gələcəkdə təkrar yağ inyeksiyası da gözlənilə bilər.
  • Piy alınan yerlərdə hissiyyat pozğunluğu olur. Zamanla çəkilir. Piy vurulan yerlərdə isə gərginliyə bağlı qısa müddət ərzində ola bilər.
  • Yağ emboliyası. Alınan və ya vurulan yağların kiçik hissəcikləri qan damarlarına düşərək, ürək, beyin, ağciyər damarlarını tıxayaraq emboliya yarada bilər (olma ehtimalı çox az olsa da vardır), bu halın yaranacağını əvvəlcədən söyləmək mümkün deyil. Ölümcül fəsadlara belə gətirə bilər.
  • İzlər. Adətən əməliyyat izləri qalmır. Amma dəri xarakterindən asılı olaraq bəzi hallarda görünə bilər.

Gələcəkdə koreksiya edici əməliyyatlara ehtiyac olduqda, pasiyent istifadə olunan tibbi məsrəflərin ödənişini edir. Digər müalicə müəssisələrində, tibb mərkəzi və klinikalarda alına biləcək müalicələrin məsrəfləri pasiyent tərəfindən ödənilir.

Hörmətli pasientlərimiz, bir daha xatırladırıq ki, yuxarıda söylənilənlər sizləri təşvişə salmaq və ya qorxutmaq üçün deyil, sadəcə keçirdiyiniz əməliyyatın tam xarakterini bilmək üçündür və bu sizin haqqınızdır. Göstərilənlər olduqca nadir hallarda rast gəlinsə də, bunları sizə söyləmək həkiminizin məslək borcudur. Bu sizə və sizin səhhətinizə həkiminiz daha da diqqətli olmağı deməkdir və həkiminizə olan etibarınızın daha da artırmaq üçündür. Sizi maraqlandıran digər suallarınızı mütləq cərrahınızla müzakirə etməniz məsləhətdir. Sizlərə can sağlığı, gözəl və kompleksiz bir vücud arzulayırıq.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.