Himenoplastika (Qızlıq pərdəsinin bərpası)

Qızlıq pərdəsinin tikilməsi himenoplastika adlanır. Bütövlüyü pozulmuş qızlıq pərdəsinin tam olaraq əvvəlki vəziyyətini bərpa etmək mümkün deyil. Pərdə olduqca incə olduğundan, oraya atılan tikişlər tutmur. Vaginal divardan alınan kiçik hissələr hesabına onu cinsi əlaqə zamanı qanaya biləcək formaya salmaq mümkündür.

Ölkəmizdə və digər ölkələrdə qızlıq pərdəsi bəkarət simvolu olduğundan, hər hansı bir səbəbdən pozulma baş veribsə himenoplastikaya müraciət edilir. Himenoplastikanın əsas məqsədi əlaqə zamanı vaginada qanamanı təmin etməkdir.

Nigah öncəsi qızlıq pərdəsi bərpası üçün ən uyğun vaxt, əlaqədən 2-3 gün öncə hesab olunur. Çünki tikilən pərdə yalnız 2-3 gün ərzində orqanizmə adaptə olur və əlaqə zamanı qanayacaq hala gəlir.

Qızlıq pərdəsinin müxtəlif bərpa edilmə üsulları vardır. Müvəqqəti qızlıq pərdəsi “təmir”i əsasən cinsi əlaqə üçün nəzərdə tutulur.  Məqsəd qızlıq pərdəsinin yaxın bir neçə gün üçün daralmasıdır.

Dr. Mehriban Məlikova

Plastik estetik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.